Qaçmağa siçan deşiyi axtaran Seyran Ohanyanın SON VİDEOSU

Qaçmağa siçan deşiyi axtaran Seyran Ohanyanın SON VİDEOSU

Hazırda oxunan: Qaçmağa siçan deşiyi axtaran Seyran Ohanyanın SON VİDEOSU

34181

Artıq 2 gündür ki, Ermənistan parlamenti küçə döyüşləri baş verən meydançanı xatırladır. Siyasətçilərin əlbəyaxa davalarında özlərinin döyüş bacarığını göstərmək istəyənlər arasında 44 günlük savaşda Azərbaycan ordusunun qabağından qadın paltarı geyinib qaçanlar, erməni meyitləri arasında gizlənənlər və yarasını bəhanə edib aradan çıxanlar da olub. 

Bizim.Media xəbər verir ki, Ermənistan parlamentindəki davalarının birinci raundunda Seyran Ohanyan da kameraların obyektivinə düşüb.

Ermənistanın eks - müdafiə naziri, Seyran əvvəlcə “butulka atışı” ilə davanı qızışdırıb sonra siçan kimi girməyə deşik axtarıb.
 

Psixoloqlar Seyran Ohanyanın yumruqlaşmadan qaçmağını onun hələ 44 günlük savaşdakı “Dəmir Yumruq” təsirindən çıxmamağı ilə izah ediblər.


Digər psixoterapevtlər erməni deputatlarının əlbəyaxa çıxmasını uşaqların yastıqla dalaşmağına oxşadıblar. Çünki onların təkbətək davada döyə biləcəyi xalq olmadığı üçün özləri ilə qapazlaşmağa məcbur qalıblar. Ən gülməlisi isə müharibə görmüş generalın deputat yumruğundan qorxmasıdır. 

Anar Rəhimov, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO