Respublika birinciliyində 6 qızıl və 1 gümüş medal QAZANDILAR - FOTO

Respublika birinciliyində 6 qızıl və 1 gümüş medal QAZANDILAR - FOTO

Hazırda oxunan: Respublika birinciliyində 6 qızıl və 1 gümüş medal QAZANDILAR - FOTO

33949

Qəbələ Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının birgə təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş çoxmübarizəli idman döyüş növləri üzrə respublika birinciliyi keçirilib. 

Bizim.Media xəbər verir ki, iki gün davam edən respublika birinciliyində astaralı idmançılar 6 qızıl və 1 gümüş medal qazanıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

Gimnastımız gümüş MEDAL QAZANDI


Yarışda astaralı idmançılardan Rəvan Bayramov (57 kq), Qulam Əskərli (55 kq), Təhməz Şabanov (48 kq), Amal Əkbərov (55 kq), Ümüd Zeynalov (40 kq) və Elnur Babayev (29 kq) birinci yeri tutaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. 

Digər astaralı idmançı-Azad Babayev isə 35 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb. 

Qaliblərə diplomlar, medallar və xatirə kubokları təqdim olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO