İran Talibanı tanıyacaq? - AÇIQLAMA

İran Talibanı tanıyacaq? - AÇIQLAMA

Hazırda oxunan: İran Talibanı tanıyacaq? - AÇIQLAMA

33928

“İran Əfqanıstandakı vəziyyəti diqqətlə izləyir və bütün tərəflərlə təmasdadır”. 

Bizim.Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə həftəlik mətbuat konfransında deyib. 

O bildirib ki, hazırkı mərhələdə Talibanı rəsmən tanımayacaqlar: 
 

MÖVZU İLƏ BAĞLI:

Əfqan qaçqınlarına yüz milyon avro AYRILDI


“Əfqanlar arasındakı sülh görüşlərinə töhfə verməyə hazırıq. Bütün tərəfləri şiddətdən qaçmağa, sabitlik və sülhə doğru irəliləməyə və Əfqanıstanın demoqrafik və etnik quruluşunu əks etdirən şəffaf bir hökumət qurmaq üçün bu fürsəti dəyərləndirməyə çağırırıq. 

İndi Talibanı tanımaq mərhələsində deyilik. Əfqanıstanın gələcəkdəki hökumətinə qərar vermək üçün hələlik çox tezdir.

Əfqan xalqının canını, malını və namusunu qorumaq, müxtəlif əfqan qrupları arasında əhatəli bir dialoq aparmaq və bu ölkədə əhatəli bir hökumətin qurulması hazırkı prioritetimizdir”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO