Yıldız Tilbə Xumarın ifasını paylaşdı - FOTO

Yıldız Tilbə Xumarın ifasını paylaşdı - FOTO

Hazırda oxunan: Yıldız Tilbə Xumarın ifasını paylaşdı - FOTO

33908

Hər zaman adından sənətilə söz etdirən Əməkdar artist Xumar Qədimovanın yeni ifası böyük rezonans yaradıb. 

Bizim.Media xəbər verir ki, müğənninin bacısı Matanla duet şəklində oxuduğu "Heç bir şey söyləmə" mahnısının sorağı Türkəyədən gəlib.

Qonşu ölkədə Qədimova yaradıcılığına həmişə böyük rəğbət olub. 

Türk musiqisinin əsas fiqurlarından olan Yıldız Tilbə Əməkdar artistin mahnısına bu dəfə də laqeyd qalmayıb.

Tilbə "Heç bir şey söyləmə" mahnısını 4,6 milyonluq tvitter səhifəsində paylaşıb. 

Xumar Qədimova sənətini sevdiyini dəfələrlə söyləyən Yıldız Tilbə 2007-ci ildə müğənninin "Gələcəyəm" bəstəsini ifa edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO