ABŞ-ın Ayova ştatında bir qadın iki uşağın dərisinin rəngini sevmədiyi üçün onları avtomobillə vurub.
Bizim.Media “People” nəşrinə istinadən xəbər verir ki, irqçi qadın 25 il həbs cəzasına məhkum edilib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-da evə BASQIN: 2 uşaq da daxil olmaqla 5 nəfər qətlə yetirildi
Hadisə 2019-cu ilin dekabrında baş versə də Des Moinesdən olan 43 yaşlı Nicol Pul Franklinin hökmü bu yaxınlarda verilib.
Araşdırmaya görə, qadın “Jeep Grand Cherokee” avtomobili ilə yoldan çıxaraq səkidə "qurbanın” Yaxın Şərq və ya Afrika əsilli olduğuna düşünərək qaradərili uşağı vurub. Oğlan ayağından yaralanıb.
Cinayətdən 30 dəqiqə sonra isə o, bir latın amerikalı qız uşağını da vurub.
Bizim.Media