Türkiyənin Muğla vilayətində meşə yanğınları başladı - VİDEO

Türkiyənin Muğla vilayətində meşə yanğınları başladı - VİDEO

Hazırda oxunan: Türkiyənin Muğla vilayətində meşə yanğınları başladı - VİDEO

33543

Türkiyənin Muğla vilayətinin Köyceğiz rayonunda bir neçə nöqtədə yenidən meşə yanğınları baş verib. Hələlik yanğınların dəqiq məkanı, əhatə dairəsi və səbəbləri barədə müfəssəl məlumat yoxdur.

Bizim.Media Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, hazırda yanğın yerlərinə təyyarələrlə su tökülür.

Qeyd edək ki, Köyceğiz rayonu iyunun 28-dən Türkiyədə baş verən təhlükəli meşə yanğınların tüğyan etdiyi bölgə olub. İyulun 31-dən başlayaraq Azərbaycan yanğınsöndürənləri bu bölgədə alovlara qarşı qətiyyətli mübarizə aparıb meşələri yanğından xilas ediblər.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO