“Ermənistanın məqsədi prosesi daha 30 il uzatmaqdır” – ÖZƏL AÇIQLAMA

“Ermənistanın məqsədi prosesi daha 30 il uzatmaqdır” – ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: “Ermənistanın məqsədi prosesi daha 30 il uzatmaqdır” – ÖZƏL AÇIQLAMA

33489

Ermənistan 4 istiqamətdə - Laçın, Kəlbəcər, Tovuz və Şuşa rayonlarında atəşkəsi pozub.

Situasiya ilə əlaqədar siyasi dəyərləndirməniz nədən ibarətdir?

“Ermənistan bu təxribatlarla göstərmək istəyir ki, guya münaqişə bitməyib, guya onlar hal hazırda öz orduları ilə nəyəsə qadirdilər. Ermənistanın məqsədi vasitəçiləri bir daha regiona gətirməklə prosesi daha 30 il uzatmaqdır” deyən millət vəkili Asim Mollazadə əlavə etdi ki, ermənilər “Dəmir Yumruğ”un yerində olduğunu gözəl bilirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın Qarabağda törətdiyi 6 EKOLOJİ TERROR – Zəhərlənən Oxçuçay, baltalanan Bəsitçay


Bizim.Media-ya özəl açıqlamasında deputat bildirdi ki, Azərbaycan qısa müddətdə prosesi tamamlayacaq. Yekun nöqtəni qoyacaq:

“Və Ermənistan üçtərəfli bəyanatın hər bir bəndini sürətlə icra etməlidir. Ermənistanın yeganə xilas yolu Türkiyə, Azərbaycan və Gürcüstana qarşı öz ərazi iddialarından əl çəkməkdir. Sərhədlərin delimitasiyası həyata keçirilsə, kommunikasiyalar açılsa, Zəngəzur dəhlizi işə başlasa, Ermənistan normal bir dövlətə çevrilmək şansı qazanacaq”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO