Baydendən amerikalıların Əfqanıstandan təxliyəsi ilə bağlı AÇIQLAMA

Baydendən amerikalıların Əfqanıstandan təxliyəsi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Baydendən amerikalıların Əfqanıstandan təxliyəsi ilə bağlı AÇIQLAMA

33451

ABŞ Prezidenti Co Bayden ABŞ ordusunun, ABŞ vətəndaşlarının Əfqanıstandan təxliyyəsinin planlaşdırıldığı kimi 31 avqusta qədər tamamlaya biləcəyinə ümid edir. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan CBS televiziya şirkətinin efirində cümə axşamı günü məlumat yayıb.

"Prezident Əfqanıstanı tərk etmək istəyən hər bir amerikalının taleyinə cavabdehdir. O, hesab edir ki, biz bunu 31 avqusta qədər sona çatdıra bilərik", - deyə Sallivan jurnalistin “Amerika lideri "Əfqanıstanda müddəti uzatmağa" meyllidirmi?” sualına cavabında  bildirib. Sallivan Əfqanıstanda nə qədər amerikalı olduğunu dəqiq deyə bilməyib.

CBS telekanalının aparıcısı, həmçinin 31 avqustdan sonra Əfqanıstanda qalacaqları halda Amerika hərbçilərinin təhlükə altında olub-olmadığını Sallivandan soruşub:

"Bu gün riskli, dinamik və təhlükəli bir vəziyyətdir. Biz bu riskləri ayıq-sayıq qəbul edirik və nəzərə alırıq, ancaq Taliban hərəkatına açıq şəkildə bildirdik ki, hər hansı bir amerikalının Kabil hava limanında təxliyəsi pozularsa, onlara tez və güclü cavab veriləcək".

Pentaqonun sözçüsü Con Kirbi cümə axşamı günü keçirdiyi brifinqdə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılma vaxtının dəyişdirilmədiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO