Bu gün Ermənistanın “yerkramas.org” saytının Youtube kanalında ermənilərin bir daha xəstə millət olduqlarını sübuta yetirən video paylaşılıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya adı çəkilən nəşrdə yayılıb.
Mənbə Rusiya-Erməni Təşkilatları Koordinasiya Şurasının icraçı katibi Aram Xaçatryana istinadən yazır ki, guya Göyçə gölündən dalğa sahilə ermənilər üçün tarixi əhəmiyyət daşıyan və üzərində mixi yazı olan bir “qab” (artefakt) çıxarıb.
O, video mesajında “qab”ı gölün sahilindəki ADANA istirahət zonasının ərazisində tapdığını deyib.
Aram Xaçatryana görə, bu, çox qədim artefaktdır, mühüm arxeoloji və tarixi əhəmiyyətə malikdir.
Onun düşüncəsinə görə, “tapıntı”nın bir tərəfində mixi yazı görünür:
“Bu artefakt qədim erməni dövləti (?) olan Urartu dövrünə aid ola bilər”.
Xatırladaq ki, Urartu dövləti e.ə. IX –VI əsrlərdə mövcud olub, əsasən Anadolu yaylasının bir hissəsini, Cənubi Qafqazın qərb rayonlarını, Van, Urmiya və Göyçə gölləri arasındakı ərazini əhatə edib və bu dövlətin ermənilərə heç bir aiddiyyatı yoxdur.
Xəstə təxayüllü ermənilərin Urartu və regionun digər qədim dövlətlərini “özəlləşdirməsi” onlara daha çox, öz qonşularına qarşı əsassız ərazi iddiaları irəli sürərkən tarixi “faktlara” istinad etmək üçün lazımdır.
Bizim.Media