İtkin düşən hərbçilərin yaxınları bu gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası yaxınlığında etiraz aksiyası keçirirlər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “news.am” saytı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Daha 6 erməni cəsədi aşkarlanaraq İrəvana göndərilib
Mənbə yazır ki, jurnalistlərə müsahibə verən etirazçılardan biri valideynlərin də oğullarının harada ola biləcəyi ilə bağlı faktlar topladıqlarını qeyd edib:
“Atalar səngərə girir, Fövqəladə Hallar Nazirliyi və Qırmızı Xaç heyəti ilə birlikdə axtarış işləri aparırlar. İtkin düşən 21 hərbçidən yalnız 9-nun cəsədi tapılıb, onlardan 8-nin şəxsiyyəti müəyyən edilib. Birinin cəsədinə qərar verə, kimin oğlu olduğunu anlaya bilmirlər”.
Onun sözlərinə görə, itkin düşən 21 əsgər Tsor hərbi hissəsindən olub.
Bizim.Media