Nizami rayonunda tikintinin qarşısı alındı - SƏBƏB - FOTO

Nizami rayonunda tikintinin qarşısı alındı - SƏBƏB - FOTO

Hazırda oxunan: Nizami rayonunda tikintinin qarşısı alındı - SƏBƏB - FOTO

33325

Bakı şəhəri, Nizami rayonu Bəhruz Nuriyev 31 ünvanında yaşayan sakinlər binanın həyətindəki ağacların kəsilmə təhlükəsindən narahatdır.

Bizim.Media report-a istinadən xəbər verir ki, bu haqda sakinlər müraciət yayıb. 

Bildirilib ki, ərazidəki ağacların kəsilərək yerində tikinti işi aparılması üçün işlər görülür. Artıq sözügedən ünvana tikinti üçün materiallar da gətirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 1000 ev plana düşdü - Dövlət alacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Bəhruz Nuriyev küçəsi 31 ünvanında yaşıllıq ərazidə tikinti işlərinin aparılacağı və oradakı ağacların kəsilmə təhlükəsinin olması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı yaşıllıq əraziyə mişar daşının tökülməsi faktı qeydə alınıb:

"Ərazidə 14 müxtəlifcinsli ağacın olduğu müəyyən edilib. Ağaclar tərəfimizdən qeydiyyata alınaraq nəzarətə götürülüb. Hazırda torpaq sahəsinin mənsubiyyəti və kimin mülkiyyətinə verilməsi istiqamətində araşdırmalar aparılır".

Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov  bildirib ki, hazırda tikinti materialları ərazidən götürülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO