Erməni Qarabağda su daşıyan rusa yalvardı: “İstəyirəm ki, uzun müddət qalasınız” - FOTO

Erməni Qarabağda su daşıyan rusa yalvardı: “İstəyirəm ki, uzun müddət qalasınız” - FOTO

Hazırda oxunan: Erməni Qarabağda su daşıyan rusa yalvardı: “İstəyirəm ki, uzun müddət qalasınız” - FOTO

33314

Rusiya sülhməramlı kontingentinin əsgərləri Xankəndidə və ucqar kəndlərdə müvəqqəti yaşayan 200-dən çox erməni ailəsinə içməli su çatdırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə cümə axşamı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Onuncu gündür su yox idi. İndi su gətirdiyiniz üçün çox sağ olun. Su həmişə çatmır, xüsusən də yayda. İkinci mərtəbədə yaşayırıq, altı nəfərik. Yardım hər zaman lazımdır. Hər şey üçün təşəkkürlər”, deyə Alina Akopyan bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda sülhməramlıdan növbəti TƏXRİBAT - FOTO


Sülhməramlı kontingentin maddi-texniki təminat bölmələri iki gün ərzində ermənilərə təxminən 15 tona yaxın içməli su çatdırıb.

"Dördüncü mərtəbəyə su daşımaq çox çətin idi. Su gətirmək üçün vedrələrlə parka və müxtəlif yerlərə gedirdik.

Həyətdə heç vaxt su daşıyan maşın (vodovoz) olmayıb. Siz gəldiniz və bizə su gətirdiniz. Təşəkkür edirəm. Nəhayət, bir az su götürə bildik. İstəyirəm ki, burada uzun müddət qalasınız”. Xankəndidə yaşayan Tigran Abramyan rus əsgərinə yalvarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO