"Vəziyyət ciddidir. Aktiv xəstə sayı ikinci dalğadan 2 dəfə azdır, amma artıq səhiyyə sistemi çətinliyə düşüb. Səbəbini bilmirəm. Amma siz özünüzü qoruyun".
Bizim.Media xəbər verir ki, bu sözləri tanınmış həkim Vasif İsmayıl sosial şəbəkə hesabında yazıb.
Həkim qeyd edib ki, uşaqlar, hətta peyvənd olunmuşlar belə koronavirusa yoluxa bilər.
"Hamı xəstələnə bilər. Uşaqlar da, peyvənd olunmuşlar da. Əlaqə nisbətini azaldın.
Evdə belə öpüşüb-görüşməyin. Azacıq səbr edin.
Baxın, mənim dediklərimə istəyirsiniz milyon dəfə söyün, amma özünüzü qoruyun və sonra söyün. Vecimə də deyil.
Təki sağ qalasınız. Hardasa 25 gün sağ qalmaq üçün ciddi qorunmaq lazımdır. İndiki nədirsə, bir başqa aləmdi".
Bizim.Media