Eldar Həsənovun cinayət işi üzrə yeni FAKTLAR

Eldar Həsənovun cinayət işi üzrə yeni FAKTLAR

Hazırda oxunan: Eldar Həsənovun cinayət işi üzrə yeni FAKTLAR

33157

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə zərərçəkən qismində tanınan qurumlar məlum olub.

Bizim.Media xəbər verir ki, iş üzrə Xarici İşlər və Maliyyə nazirlikləri zərərçəkmiş kimi çıxış edəcəklər.
 

MÖVZU İLƏ BAĞLI:

Eldar Həsənovun büdcəyə vurduğu zərər açıqlandı: 10 milyonlarla manat...


Qeyd edək ki, Eldar Həsənovun cinayət işi icraata verilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.

Avqustun 16-da cinayət işi üzrə ittiham aktı təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO