Siqaret kötükləri “yumşaq ayı”lara NECƏ ÇEVRİLİR? -  Oyuncaq istehsalının təhlükəli SİRLƏRİ - VİDEO

Siqaret kötükləri “yumşaq ayı”lara NECƏ ÇEVRİLİR? -  Oyuncaq istehsalının təhlükəli SİRLƏRİ - VİDEO

Hazırda oxunan: Siqaret kötükləri “yumşaq ayı”lara NECƏ ÇEVRİLİR? -  Oyuncaq istehsalının təhlükəli SİRLƏRİ - VİDEO

33103

Onların satışına hər yerdə rast gəlirik – Bazarlarda, marketlərdə, küçələrdə, keçidlərdə və s. söhbət kənardan rəngləri göz oxşayan uşaq oyuncaqlarından gedir.

Oyuncaqların satışı müxtəlif formalarda həyata keçirilir – bəzən normal qablaşdırmada və təmiz rəflərdə, bəzən isə açıq formada, toz-torpaq içində.

Bəzi oyuncaqların təhlükə mənbəyi olması isə heç də bütün valideynlərə məlum deyil. Plastik oyuncaqların zərərləri haqda bəzi məlumatlar yayılır, körpələrimizin yuxulayarkən belə ayrılmadığı ayı, dovşan və s. kimi yumşaq oyuncaqlar isə daha az zərərli hesab olunur. 
 

Onların bəzilərinin hazırlanma texnologiyasının özü isə bu cür oyuncaqların nə qədər təhlükəli olmasının göstəricisidir.


Hindistanda fəaliyyət göstərən “Code Effort” adlı müəssisədə yumşaq oyuncaqların tikildiyi tüklü parça siqaret kötüklərindən hazırlanır.

Bunun üçün şirkət istifadə edilərək, küçələrə atılan siqaret kötüklərini tədarük edir. Siqaretlərin tütün və kağızı ayrıldıqdan sonra onun kağız hissəsi kimyəvi maddələrin köməyi ilə işlənir və pambığa bənzər maddə əmələ gəlir. Həmin maddə qabardıldıqdan sonra onlardan müxtəlif yumşaq oyuncaqlar tikilir. 

Qeyd edək ki, “Code Effort”-un məhsullarının ölkəmizə daxil olub-olmadığı haqda dəqiq məlumatlar yoxdur.

Amma məlumdur ki, Azərbaycanda satılan keyfiyyətsiz uşaq oyuncaqlarının böyük hissəsi ölkəmizə Çindən idxal olunur. Ötən ilə qədər bu sahədə yerli istehsal mövcud deyildi. Ötən ilin may ayında yaradılan “TutuToys” uzun zamandan sonra yaradılan ilk yerli oyuncaq müəssisəsi olub.
 

Keyfiyyətsiz oyuncaqların idxalı və satışı isə davam edir. Bazarlarda olan mənzərə onlarla bağlı nəzarətin olmamasından xəbər verir.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 343 saylı qərarına görə, bir sıra mallar, o cümlədən uşaq oyuncaqları ölkənin əmtəə bazarına daxil olmazdan əvvəl ekspertizadan keçirilməlidir:

“Oyuncaqlar məcburi sertifikatlaşdırılmalı olan malların siyahısındadır. Lakin ölkənin əmtəə bazarlarında harda gəldi, necə gəldi satılan, sertifikatlaşmadan keçməyən oyuncaqlara rast gəlirik. Oyuncaqların əksəriyyəti plasmas tərkibli, yəni kimyəvi məhsullardır. Uşaqlar onları əllərinə, üzlərinə vurur və bu körpələrin tədricən zəhərlənməsinə yol açır”.

Eyyub Hüseynov keyfiyyətsiz oyuncaqları digərlərindən ayırmaq üçün istehlakçılara tövsiyyələrini verib:

1. Oyuncaqları alanda ilk növbədə onun sertifikatını tələb edin;

2. Mağazadan kəskin plasmas qoxusu gəlirsə, ordan məhsul almayın;

3. Ağ dəsmalı yaş edib, oyuncağa sürtün, rəngi çıxarsa, onu almayın;

4. Gəlinciklərin tüklərini astaca dartın, qoparsa, onu almaqdan imtina edin;

5. Oyuncaqlarda kiçik çxıntılar varsa, onları almayın, onlar sınıb uşaqların boğazında qala bilər;

6. Oyuncaqlarla bağlı problemlər olduqda İqtisadiyyat Nazirliyinin 195/2 nömrəsi ilə zəng edib, məlumat verin.

Birlik rəhbəri Azərbaycana keyfiyyətsiz oyuncaqların Çinlə yanaşı Rusiyadan və digər ölkələrdən də gətirildiyini deyib.

Xatirə Nəsirli, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO