Kremlin Türkiyə marağı – Ankara NATO-dan imtina edəcəkmi?

Kremlin Türkiyə marağı – Ankara NATO-dan imtina edəcəkmi?

Hazırda oxunan: Kremlin Türkiyə marağı – Ankara NATO-dan imtina edəcəkmi?

0:00
0:00
33045

Türkiyə və Rusiya arasında hərbi əməkdaşlıq günbəgün inkişaf etməkdədir. Son yayılan xəbərlərə görə, Rusiya tərəfi Türkiyəyə 5-ci nəsil döyüş təyyarəsi olan “TF-X”-in istehsalında yardım etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, daha əvvəl də tərəflər arasında silah sənayesi istiqamətində böyük əməkdaşlıq layihələri həyata keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Merkelin Moskva ziyarəti – Almaniya seçim qarşısında


Belə ki, ABŞ-ın Türkiyəyə “Patriot” hava hücumundan müdafiə sistemlərini satmaqdan imtina etməsindən sonra, rəsmi Ankara “S 400” raketlərinin alışı ilə bağlı Rusiya ilə anlaşmışdı. Təsadüfi deyil ki, son həftələrdə sözügedən HHM-lərin 2-ci partiyasının da Türkiyəyə gətirilməsi məsələsi geniş şəkildə müzakirə olunur. Üst-üstə gələn bu cür yeniliklər isə Ankara və Moskva arasında hərbi əməkdaşlığın inkişafı haqqında danışmağı mümkün edir.

Qərbin qorxulu yuxusu

Türkiyənin hərbi sahədə güclənməsi onsuzda Qərb tərəfindən narahatlıqla qarşılanırdı. Eyni zamanda bu cür inkişafın əzəli rəqibi olan Rusiya ilə birgə davam etməsi okeanın o tayı üçün heç də arzulanan ssenari deyil. Daha əvvəl də, bu cür əməkdaşlıq səbəbindən Ankaranı sanksiyalarla hədələyən ABŞ-ın indi də oxşar addımı atması heç də gözlənilməz olmazdı.
 

Xatırlatmaq yerinə düşər ki, Türkiyənin özünün 5-ci nəsil döyüş təyyarlələri istehsal etmək niyyətinin də əsas səbəbkarı elə Vaşinqtonun özüdür. Çünki, “Patriot”larla yanaşı ABŞ “F 35” qırıcılarını da Türkiyəyə verməkdən imtina etmişdi.


Rusiya isə baş verənlər fonunda çoxdandır gözlədiyi fürsəti əldə edib. Belə ki, regionun əsas güclərindən biri olan Türkiyə ilə rəqabət yerinə əməkdaşlığın əldə olunması, Kreml üçün göydəndüşmə oldu. Bununla rəsmi Moskva həm qonşuluğunda Qərbin əlini zəiflətmək, həm də tarixi rəqabətə son qoymaq üçün önəmli şans qazanıb. Rusiyanın Türkiyənin yeni proyektinə göstərdiyi marağın əsas səbəbi də məhz budur.

Baş verənlər isə önəmli bir sualın meydana gəlməsinə səbəb olub:

Rusiya ilə yaxınlaşma nəticəsində Türkiyə NATO-dan ayrıla bilərmi?

Təbii ki, Ankara-Moskva yaxınlaşması heç də NATO-nun ürəyincə deyil. Lakin bunu bəhanə edərək Türkiyənin təşkilatdan uzaqlaşdırılması da nə hüquqi, nə də geosiyasi maraqlar səbəbindən mümkün görünmür. Çünki NATO-nun şərqdəki ən böyük gücünü itirmək kimi yalnış bir addımı atmağa maraq göstərməsi heç də inandırıcı görünmür.
 

Türkiyə üçün də NATO mühüm əhəmiyyətə malikdir. Çünki təşkilat hər nə qədər Türkiyəyə “ögey övlad”ı kimi yanaşsa da, ölkə təhlükəsizliyi üçün əsas qarantlardan biridir.


Lakin hadisələrin bu cür cərəyan etməsi Türkiyənin Qərbdən uzaqlaşaraq get-gedə söz sahibi ölkəyə çevrildiyinin göstəricisidir. Bu isə gələcək dövrdə Qərbin özünün Türkiyə ilə əməkdaşlığı gücləndirmək üçün can atacağını deməyə əsas verir.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO