Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlandı

Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlandı

Hazırda oxunan: Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlandı

0:00
0:00
33025

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 4-cü nömrəsini nəşr edib.

DİM-dən Bizim.Media-ya verilən məlumata görə, jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.

Bu nömrədə həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına tələbə qəbulu elanı və digər zəruri materiallar təqdim olunub.

Qeyd edək ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2021‑ci il avqustun 20-dən 30-dək internet vasitəsilə aparılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO