Fransız iş adamı: “Ermənistanın özündə belə bütün toponimlər türk mənşəlidir” - FOTO

Fransız iş adamı: “Ermənistanın özündə belə bütün toponimlər türk mənşəlidir” - FOTO

Hazırda oxunan: Fransız iş adamı: “Ermənistanın özündə belə bütün toponimlər türk mənşəlidir” - FOTO

32922

Azərbaycanda fəaliyyət göstərən fransız iş adamı Martin Ryan Fransanın Tuluza şəhərində fəaliyyət göstərən “Jean Mermoz” tədqiqat və təhlil dərnəyinə müsahibəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalından danışıb.

Bizim.Media xəbər verir ki, müsahibədə tarixə nəzər salan M.Ryan Qarabağa ermənilərin köçürülməsindən, Qarabağın, Yerevanın Azərbaycan xanlıqları olmasından bəhs edib.

1921-ci il sənədini paylaşan iş adamı Qarabağın Azərbaycan ərazisi olduğunu göstərib. Bildirib ki, Sovetlər Birliyi Ermənistan vasitəsilə “parçala və hökm sür” siyasəti həyata keçirib.
 

Vurğulanıb ki, ermənilər regionda qədim zamanlardan yaşadıqlarını iddia etsələr də, hətta Ermənistan özündə belə bütün toponimlər türk mənşəlidir. Zəngəzurda da azərbaycanlılar yaşayıblar.


Həmçinin qeyd olunub ki, Zəngəzur dəhlizinin açılması regionun, o cümlədən Ermənistanın inkişafına böyük töhfələr verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO