Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Əfqanıstanla bağlı iclası avqustun 16 -da səhər keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “TASS” agentliyi təşkilatdakı mənbəyə istinadən yayıb.
BMT-nin baş katibi Antonio Quterreş Əfqanıstandakı vəziyyətlə bağlı məruzə ilə çıxış edəcək.
Qeyd edək ki, Əfqanıstanda bütün ölkəyə nəzarəti ələ alan “Taliban” silahlıları paytaxt Kabilə döyüşsüz daxil olublar. Taliblər hökumət qüvvələri tərəfindən tərk edilən dövlət binalarını ələ keçiriblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:06 / 16.08.2021
Əfqanıstandakı vəziyyət BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcək
Hazırda oxunan: Əfqanıstandakı vəziyyət BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcək
Hazırda oxunan: Əfqanıstandakı vəziyyət BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcək
32837
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.