"Taliban" Əfqanıstanda daha bir iri şəhərə hücuma keçdi

Hazırda oxunan: "Taliban" Əfqanıstanda daha bir iri şəhərə hücuma keçdi

32690

"Taliban" hərəkatı Əfqanıstanın şimal-qərbindəki Məzari-Şərif şəhərinə doğru hücum əməliyyatlarına başladığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın nümayəndəsi bildirib.

Qeyd olunub ki, bu gün ərzində "Taliban" ölkənin şimalında iki əyalət mərkəzini, Puli-Humri və Fayzabad şəhərlərini ələ keçirib.

Ötən gün isə paytaxt Kabildən 80 kilometr cənub-şərqdə yerləşən Loqar əyaləti bütünlüklə, eləcə də Pakistanla sərhəddə yerləşən Paktika və Paktiya əyalətlərinin bir hissəsi "Taliban" silahlılarının nəzarətinə keçmişdi. "Taliban" həmçinin Herat və Qəndəhar şəhərlərini ələ keçirdiyini açıqlayıb.

Eyni zamanda ABŞ bu ölkədəki səfirliyində məxfi sənədlərin məhv olunmasına başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO