SON DƏQİQƏ: Yanğın Şəkidə evlərə keçdi - VİDEO

SON DƏQİQƏ: Yanğın Şəkidə evlərə keçdi - VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ: Yanğın Şəkidə evlərə keçdi - VİDEO

0:00
0:00
32648

Gecə saatlarında Şəkinin Kiçik Dəhnə kəndində baş verən yanğın bir ailəni evsiz qoyub.

Bizim.Media xəbər verir ki, kənd sakini İntiqam Kamil oğlu Süleymanova məxsus 5 otaqlı yaşayış evində başlayan alov bir anın içində bütün evi bürüyüb.

Havanın çox isti olması yanğının daha tez şiddətlənməsinə səbəb olub. Nəticədə ümumi sahəsi 200 kvadratmetr olan ev əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə gələn FHN-nin Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğındöndürən avtomobili və canlı qüvvəsi yanğının həyətdəki yardımçı tikiliyə keçməsinin qarşısını alıb.

Yanğının baş verməsinin səbəbləri araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO