Çinə borclanan dövlətlərin SİYAHISI - Azərbaycanın nə qədər borcu var?  

Çinə borclanan dövlətlərin SİYAHISI - Azərbaycanın nə qədər borcu var?  

Hazırda oxunan: Çinə borclanan dövlətlərin SİYAHISI - Azərbaycanın nə qədər borcu var?  

32552

Dünya ölkələrini “borc tələsinə” salmaq hazırda inkişaf etmiş ölkələrin iqtisadi strategiyalarının əsasını təşkil edir. Çin də valyuta ehtiyatlarına və iqtisadi gücünə arxalanaraq, bu siyasəti yürüdən ölkələrdən biridir.

Çin hökuməti dünya ölkələrini borclandırmaq siyasətini illərdir davam edən “Bir kəmər, bir yol” dövlət proqramı vəsitəsilə həyata keçirir.

Bu proqrama həm də hökumətlərə öz siyasi diqtəsini yeritmək üsulu kimi baxan xalq respublikası dünyanın 70-dən çox ölkəsində geniş infrastruktur layihələrinə borc şəklində sərmayə qoyur.
 

Proqramın tələsinə düşən ilk ölkələr Afrika ölkələri olub. Afrikanın 37 ölkəsi bu layihə çərçivəsində Çindən borc alıb.


Afrika ölkələrindəki infrastruktur layihələrinə ayrılan investisiyalarının həcmi 180 milyard dolları keçib.

Avropanın böyük ölkələrindən “Bir kəmər, bir yol”-a qatılan ilk ölkə İtaliya olub. Çin və İtaliya arasında bağlanan sazişlərin ümumi dəyəri dəyəri 20 milyard avro təşkil edir. 

İtaliyaya qədər Avropa Birliyinin 13 kiçik ölkəsi Çinlə qeyd olunan layihə çərçivəsində əməkdaşlığa dair saziş imzalayıb.
 

MÖVZU İLƏ BAĞLI:

II Dron Müharibəsi gəlir - PUA-larla verilən MESAJLAR


Amma Xalq Respublikasının Avropada iddiaları böyükdür. Rotterdam, Hamburq və Pireya limanlarında terminalların tikilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, rəsmi Pekinin limanlara sahiblənmə siyasəti qeyd olunan proqramın tərkib hissəsi hesab olunur.

Çin Pakistan, Şri-Lanka və Cibutinin dünyanın iqtisadi nəhənginə olan borcunun qarşılığında bu ölkələrin ən böyük limanlarını 99 illik icarəyə götürüb. 


Qeyd edək ki, pandemiya başlanmazdan əvvəl dünyanın digər iqtisadi nəhənki ABŞ-ın Çinə olan borcu 1,1 trilyon dollara bərabər idi və Birləşmiş Ştatlar bu borcdan qurtulmağın yollarını aramağa başlamışdı

Çin Xalq Respublkasına ən çox borcu olan digər ölkələrin ilk onluğunu təqdim edirik:

Pakistan

Cibuti

Qırğızstan

Maldiv adaları

Çernoqoriya

Laos

Papua-Yeni Qvineya

Fici adaları

Samoa

Bu siyahıya tezliklə Əfqanstan və Ermənistan da daxil olacaq.

Bəs, Azərbaycanın Çinə borcu varmı?

Araşdırmamız zamanı məlum olub ki, Azərbaycan dövlətinin Çinə borcu yoxdur. Regionun ən inkişaf etmiş ölkəsi kimi Azərbaycan Çinlə əməkdaşlıqda birgə layihələrdə üzərinə düşən hissəni ancaq öz sərmayəsi hesabına icra edir.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO