Azərbaycanda keçmiş deputat vəfat etdi - FOTO

Azərbaycanda keçmiş deputat vəfat etdi - FOTO

Hazırda oxunan: Azərbaycanda keçmiş deputat vəfat etdi - FOTO

32486

Bakı Dövlət Universitetinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin böyük mütəxəssisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Tofiq Həsən oğlu Hüseynov vəfat edib.

Bizim.Media xəbər verir ki, 70 yaşında dünyasını dəyişən Tofiq Hüseynov 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

1999-2000-ci illərdə Milli Məclisinin üzvü olub.

T.Hüseynov 1992-ci ilin oktyabrında ölkəni düşdüyü çətin vəziyyətdən xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə müraciət edən 91 nəfər tanınmış Azərbaycan ziyalısından biri olub.

2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO