Noyabrın 23-də dağlıq yerlərdə qar yağacaq

Noyabrın 23-də dağlıq yerlərdə qar yağacaq

Hazırda oxunan: Noyabrın 23-də dağlıq yerlərdə qar yağacaq

3248

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 23-də Bakıda və Abşeron yarımadasında gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 771 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Noyabrın 23-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayır-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO