“Dörd ştatda yüz minlərlə saxta səs aşkarlanıb” - Tramp

“Dörd ştatda yüz minlərlə saxta səs aşkarlanıb” - Tramp

Hazırda oxunan: “Dörd ştatda yüz minlərlə saxta səs aşkarlanıb” - Tramp

3241

ABŞ Prezidenti Donald Tramp səsvermənin nəticələrini dəyişdirəcək seçki saxtakarlığı ilə bağlı dəlillərə malik olduğunu deyib.

Bizim.Media xəbər verir ki, o, bu barədə "Twitter" hesabında yazıb.

"Tərəfdaşlarım yüz minlərlə saxta səs tapdıqları zaman Co Bayden niyə bu qədər sürətlə hökumət yaradır?".

Trampın sözlərinə görə, saxtakarlıqla bağlı mövcud məlumatlar dörd ştatda səsvermə nəticələrini dəyişdirmək və seçkilərdə ümumi qələbə qazanmaq üçün kifayətdir.

Eyni zamanda, Tramp məhkəmələr və qanunverici orqanların seçkilərin və ümumilikdə ABŞ-ın özünün dürüstlüyünü qorumaq üçün lazım olan cəsarəti göstərəcəyinə inandığını söyləyib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Ölkə mediası Co Baydenin qələbə qazandığını yazır. Artıq bir neçə dünya lideri onu qələbə münasibətilə təbrik edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO