Azərbaycanda çətənə FABRİKİ – “Narkomanlar qeydiyyata alınsa...”

Azərbaycanda çətənə FABRİKİ – “Narkomanlar qeydiyyata alınsa...”

Hazırda oxunan: Azərbaycanda çətənə FABRİKİ – “Narkomanlar qeydiyyata alınsa...”

32399

Azərbaycanda son zamanlar narkotik istifadəsi və satışı ilə məşğul olanların saxlanılması ilə bağlı demək olar ki, gündəlik olaraq məlumatlar yayılır.  Xüsusilə ilə “patı” adlandırılan vasitənin gözəllik salonlarına qədər “ayaq açması” bütövlükdə Azərbaycan cəmiyyətinin ciddi təhlükə qarşısında olmasının göstəricisidir.

Bir az əvvəl isə Azərbaycanda çətənə emalı fabrikinin yaradılması təklif edilib. Bu təklifi Türkiyənin Yozqat Konfederasiyasının Prezidenti Mehmet Deniz səsləndirib.
 

Mehmet Deniz Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə birgə həyata keçirilən tibb, kosmetika, ip istehsalı kimi sahələrdə də istifadə olunan sənaye üsulu çətənə emalı layihəsi haqqında geniş məlumat verib. O, bu layihəni Azərbaycanda da həyata keçirmək istədiklərini, burada beynəlxalq fabrik qurmaq arzusunda olduqlarını bildirib.


Qeyd edək ki, çətənə istehsalı bir sıra Avropa ölkələrində leqaldır. Çətənədən çoxsaylı istehsal müəssisələrində istifadə olunur və bu olduqca gəlirli bu sahə sayılır.

Digər tərəfdən isə bəzi Avropa ölkələrində dövlət tərəfindən narkotik istifadəçiləri daha az ziyanlı narkotik vasitələrlə təmin olunurlar. Azərbaycanda “patı” kimi təhlükəli narkotik vasitələrin geniş yayıldığı bir vaxtda çətənə istehsalına həm də bu məqsədlə başlanılması məqsədəuyğundurmu?  
 

MÖVZU İLƏ BAĞLI:

“Pati” harada hazırlanır? – Gizli planlar, dəhşətli FAKTLAR


Narkomaniya üzrə ekspert Emil Maqalov Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda narkotik vasitələrin leqallaşmasından danışmaq hələ tezdir: 

“Azərbaycan cəmiyyəti bəzi narkotiklərin leqallaşmasına nə psixoloji, nə də maarifçilik baxımından hazır deyil. Çətənə fabrikinin qurulması təklifi yalnız bir sıra sahələrdə istehsalın genişləndirilməsi xarakteri daşıyır”.

Emil Maqalov bəzi Avropa ölkələrində yüngül narkotik maddələrin leqal olduğunu xatırladıb: 

 

“Ağır narkotik istifadəçləri isə qeydiyyata alınır, müayinədən keçir və onlar üçün doz müəyyənləşdirilir. Adları anonim saxlanılmaqla, kod adı altında müraciət edirlər və onlara həmin dozlar verilir. Bu zaman şpiris və steril materiallarla da təmin olunurlar. Çünki inyeksion narkotik həm də QİÇS, hepatit, vərəm kimi xəstəliklərin mənbəyidir.


Digər tərəfdən isə bu o məqsədlə edilir ki, narkotik istifadəçiləri onu almaq üçün pul axtarmaq məqsədilə cinayət etməsinlər. Bu zaman həm də mütəmadi olaraq doz azaldılaraq, narkotik istifadəçisinin vəziyyətdən çıxmasına çalışılır”.

Üsulu effektiv adlandıran Emil Maqalov qeyd edir ki, “riskin azaldılması layihəsi” adlandırılan bu layihə Azərbaycanda hələ ki, QHT-lər tərəfindən steril maddələrin verilməsi formasında həyata keçirilir: 

“Eləcə də Azərbaycanda əvəzedici terapeya adlanan proqramla dövlət dispanserlərində əvvəl uğursuz müalicə alımış şəxslər müalicə olunur”. 

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO