ABŞ-dan Ermənistana sərt ŞİLLƏ: “Türkiyə NATO-da strateji tərəfdaşdır”

ABŞ-dan Ermənistana sərt ŞİLLƏ: “Türkiyə NATO-da strateji tərəfdaşdır”

Hazırda oxunan: ABŞ-dan Ermənistana sərt ŞİLLƏ: “Türkiyə NATO-da strateji tərəfdaşdır”

32332

ABŞ erməni lobbisinin səylərinə baxmayaraq Türkiyəyə pilotsuz uçuş aparatları üçün avadanlıq tədarükünü "dondurmayacaq".

Bizim.Media xəbər verir ki, bu fikirləri politoloq Qriqor Balasanyan “SputnikArmenia”ya açıqlamasında 27 ABŞ konqresmeninin Türkiyəyə PUA-lar üçün avadanlıq tədarük etmək üçün verilən lisenziyanı ləğv etmək çağırışını şərh edərkən səsləndirib.

Onun sözlərinə görə, türk şirkətlərinə tədarük üçün verilən lisenziyaların dondurulması ehtimalı Dövlət Departamentinin və silah maqnatlarının müqaviməti ilə üzləşəcək:

“Amerika Birləşmiş Ştatları üçün Türkiyə NATO-da strateji tərəfdaşdır, Cənubi Qafqazda "yer tapıb”. Belə çıxır ki, Vaşinqton Ankaranın mövqelərini zəiflətməyəcək. Erməni strukturları öz işləri ilə konqresmenlərin qərarına töhfə versələr də, indi Dövlət Departamentinin və silah istehsalçılarının maraqları daha vacibdir. Və seçim ABŞ dövlət maraqlarının xeyrinə olacaq”.

Onun fikrincə, 44 günlük müharibədən sonra Vaşinqtonun lisenziyaları ləğv etmək üçün kifayət qədər vaxtı olub:

“Qərar müharibə dövründə verilə bilərdi, amma bu, baş vermədi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO