Fransada bu gündən komendant saatı tətbiq olunacaq - SƏBƏB

Fransada bu gündən komendant saatı tətbiq olunacaq - SƏBƏB

Hazırda oxunan: Fransada bu gündən komendant saatı tətbiq olunacaq - SƏBƏB

32283

Fransada son sutkada COVID-19 epidemiyasına 28 min 576 yeni yoluxma və bu xəstəlik səbəbindən 68 ölüm faktı qeydə alınıb.

Bizim.Media xəbər verir ki, Fransada “delta” ştamının təsiri altında COVID-19 epidemiyasının 4-cü dalğası genişlənməkdə davam edir.

Artıq ABŞ öz vətəndaşlarına maksimum risk səviyyəsi ilə qeyd edilən Fransaya səyahət etməməyi məsləhət görür.

Son günlər orta hesabla 22 min 980 yeni yoluxma qeydə alınıb. Bu rəqəm son sutkada 29 minə çatıb.

Fransa Səhiyyə İdarəsinin göstəricilərinə əsasən ölkədə hər 100 min sakinə orta hesabla 234.7 yeni yoluxma düşür. Xəstəxanalarda koronavirus xəstələrinin sayı yenidən sürətlə artır.

Reanimasiya şöbələrinə son 24 saatda 211 ağır vəziyyətdə olan yeni virus xəstəsi daxil olub. Ümumiyyətlə, reanimasiya şöbələrində 1712 ağır virus xəstəsi intensiv müalicə alır. Ölkədə 12 yaşdan yuxarı əhalinin 55.9 faizi virusa qarşı peyvənd olunub.

Cari ilin oktyabr ayının ortalarından həkim göstərişi olmadan aparılan bütün virus testləri ödənişli olacaq. Avqustun 12-dən ölkənin bütün ərazilərində axşam saat 21:00-dən səhər saat 04:00-dək komendant saatı tətbiq olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO