Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi ilə məşğul olan ICGB AD layihə şirkəti 2021-ci ilin dördüncü rübündə Avropa İnvestisiya Bankının (EIB) üçüncü kredit tranşını almağa ümid edir.
Bizim.Media Bu istinadla məlumat verir ki, 2021-ci ilin ortalarınadək EIB-in təsdiq olunmuş krediti çərçivəsində 60 milyon avro vəsait əldə olunub:
"Kreditin 30 milyon avro məbləğində birinci tranşı 2020-ci ilin avqustunda, eyni məbləğdə ikinci tranşı 2021-ci ilin yanvarında təqdim edilib. 35 milyon avro məbləğində üçüncü tranşın bu ilin dördüncü rübündə verilməsi planlaşdırılır. Biz vəsaitin alınması üçün Avropa Energetika Bərpa Proqramı çərçivəsində müraciət etmişik və noyabrın ortalarınadək 16,5 milyon avro vəsaitin ayrılması gözlənilir".
Qeyd edək ki, IGB layihəsi "Şahdəniz 2" yatağından hasil olunan Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
21:28 / 11.08.2021
Avropa İnvestisiya Bankı Azərbaycana kredit ayırır
Hazırda oxunan: Avropa İnvestisiya Bankı Azərbaycana kredit ayırır
Hazırda oxunan: Avropa İnvestisiya Bankı Azərbaycana kredit ayırır
32254
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.