Fransada etirazlar başlayıb 

Fransada etirazlar başlayıb 

Hazırda oxunan: Fransada etirazlar başlayıb 

3223

Fransada ölkə parlamentinə baxılması üçün təqdim edilən “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı etiraz edilib.

Bizim.Media Rusiya mətbuatına istinadən bildirir ki, etirazçılar toplandıqları Trokadero meydanında tonqal yandıraraq polisə fişəng və butulka atıblar.

Fransa polisi isə nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Qanunun 24-cü maddəsinə etiraz olaraq  nümayişlər ölkənin digər şəhərlərində də baş verib.

24-cü maddəyə görə, əməliyyat zamanı polis və ya jandarmın kimliyini müəyyənləşdirilməyə kömək edəcək üz və ya bədənin digər hissələrinin şəklinin yayılması qarşılığında cərimə və ya bir il müddətinə həbs cəzası nəzərdə tutulur.

Jurnalistlərin həmkarlar ittifaqları və hüquq müdafiəçiləri isə bu müddəanın jurnalistlərin və sadə vətəndaşların polis məmurlarını lentə almasını və məsələn, polis zorakılığını qeydə almalarını mümkünsüz edəcəyini düşünür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO