Meşə yanğınları yüzlərlə evi məhv etdi - FOTO/VİDEO 

Meşə yanğınları yüzlərlə evi məhv etdi - FOTO/VİDEO 

Hazırda oxunan: Meşə yanğınları yüzlərlə evi məhv etdi - FOTO/VİDEO 

32191

ABŞ-ın Kaliforniya ştatını əhatə edən “Diksi” meşə yanğınında 954 ev dağılıb və ya zədələnib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “The New York Times” yayıb.

İyulun ortalarından bəri 893 bina tamamilə yanıb, daha 61 binaya isə ciddi zərər dəyib. 197 min hektar sahəni əhatə edən “Diksi” ştatda qeydə alınan ikinci ən geniş miqyaslı meşə yanğını sayılır. Bundan başqa təxminən 16 min bina təhlükə altındadır. 

Ümumilikdə Kaliforniyada 11 böyük meşə yanğın ocağı təsbit edilib. Onların söndürülməsində 9 600 adam iştirak edir.

Xatırladaq ki, “Diksi” yanğını iyul ayında başlayıb. Fəlakət 150 ildən çox tarixi olan “Greenville” şəhərini məhv edib. Sakinlərdən birinin dediyinə görə, kənd iki saat ərzində yanıb. 

Bizim.Media


 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO