Azərbaycan iqtisadiyyatına qoyulan sərmayə AÇIQLANDI 

Azərbaycan iqtisadiyyatına qoyulan sərmayə AÇIQLANDI 

Hazırda oxunan: Azərbaycan iqtisadiyyatına qoyulan sərmayə AÇIQLANDI 

32166

Bu ilin yanvar-iyulunda əsas kapitala 7,059 mlrd. manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,1% az vəsait yönəldilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 10,4%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 13,4% azalıb. 

İstifadə olunan vəsaitin 4,883 mlrd. manatı və ya 69,2%-i məhsul istehsalı sahələrinə, 1,639 mlrd. manatı (23,2%-i) xidmət sahələrinə, 537,3 mln. manatı (7,6%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. 

Qeyd edək ki, əsas kapitala yönəldilən vəsaitlərin 4,463 mlrd. manatını və ya 63,2%-ini daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 4,797 mlrd. manatı və ya 68%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. 

Əsas kapitala yönəldilən vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,3%, büdcə vəsaitləri 19,6%, bank kreditləri 6%, əhalinin şəxsi vəsaitləri 7%, sair vəsaitlər isə 7,1% təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO