“Azərbaycanda bütün qəliz vergi növləri ləğv edilməlidir” – Natiq Cəfərlidən SƏBƏB

“Azərbaycanda bütün qəliz vergi növləri ləğv edilməlidir” – Natiq Cəfərlidən SƏBƏB

Hazırda oxunan: “Azərbaycanda bütün qəliz vergi növləri ləğv edilməlidir” – Natiq Cəfərlidən SƏBƏB

32157

“Azərbaycanda vergi qanunvericiliyi və Vergi Məcəlləsi son 5 ildə dəfələrlə dəyişikliklərə məruz qalıb. Son illər hətta 400-dən çox dəyişikliyin olduğu bilinir. Pozitiv dəyişikliklər də olub, iş adamlarının həyatını çətinləşdirəcək dəyişikliklər də. Amma əsas məsələ bu deyil. Əsas məsələ odur ki, Vergi Məcəlləsinin tez-tez dəyişməsi heç də yaxşı bir faktor deyil”deyən iqtisadçı Natiq Cəfərli bunu investorlar üçün pis siqnal adlandırdı.

Bizim.Media-ya danışan ekspert bildirdi ki, səbəb iş adamları üçün də vergi qanunvericiliyinin sabit olması daha məntiqlidir:

“Azərbaycanda vergi ödəyicisi mədəniyyəti çox zəif formalaşıb. Bunun həm fəlsəfi, həm də siyasi səbəbləri var. Ona görə də daha sadələşdirilmiş vergi sisteminin, daha sadə dil və üslubda yazılmış vergi məcəlləsinin olması çox vacibdir.
 

MÖVZU İLƏ BAĞLI:

Sahibkarlara ŞAD XƏBƏR: - Vergi Xidməti yeni qərar qəbul etdi


İqtisadçı ekspert kimi dəfələrlə təkliflərim olub ki, Azərbaycanda ancaq dövriyyədən vergiləndirmə sisteminə keçmək lazımdır. Yəni, bütün qəliz vergi növləri ləğv edilməlidir, çox sadə şəkildə - 20-25 maddədən ibarət bir vergi məcəlləsi olmalıdır. Necə ki, bu, Sinqapurda, Dubayda, Cənubi Koreyada olub. İnkişafa təkan vermək üçün önəmli metoddur.

Dövriyyədən vergiləndirmə sistemi olduqdan sonra bunu stimullaşdırmaq üçün dövlətin əlində alətlər də olur. Yəni istehsalçılar üçün çox az vergi qoyulur, xidmət sahəsi üçün bir az çox, tikinti sektoru üçün başqa vergi dərəcəsi tətbiq edilir. Bir neçə sahələr ayrılır və dövriyyədən ən az vergi – cəmi 2 faiz istehsalçılar və ixracatçılara tətbiq olunur ki, bu sahə stimullaşsın.

Xidmət sahəsi, məsələn restoran-kafelər ən yüksək olur. Çünki bu sosial məsələ deyil, insanlar özləri seçim etməlidirlər ki, kafe-restorana getsinlər, yoxsa yox. Oradakı dövriyyədən vergini 10 fazi də etmək olar.

Belə ki, 10 manatlıq hesabınız varsa, 1 manat da vergisini ödəyirsiniz. Çox sadə və asan başa düşüləcək tipdə vergi dərəcələri olmalıdır.

Fiziki şəxslər üçün isə gəlir vergisi deklorasiyası tətbiq edilməlidir. İldə bir dəfə hamı gəlir deklorasiyası təqdim etməlidir və buna uyğun olaraq da çox aşağı faizlə vergilər ödəməlidir. Burda da şkalalar stimullaşdırıcı olmalıdır ki, insanlar gəlirini gizlətməsin. 

İlk 5 ildə hər bir insan gəlirindən maksimum 2-5 faiz arası vergi ödəməlidir. Aşağı gəlirlilər 2, yüksək gəlirlilərə isə 5 %. Nümunə üçün, ildə 50 mindən yuxarı gəliri olanlar 5, 50 minə qədər olanlar isə 2 faiz ödəyə bilər. Bu ona görə vacibdir ki, kimsə vergidən yayınmasın və vergi ödəyicisi mədəniyyəti fortmalaşsın”, - deyə Natiq Cəfərli fikrini tamamladı.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO