Eldəniz Səlimov apelyasiya şikayətini niyə GERİ GÖTÜRDÜ? – Vəkili AÇIQLADI 

Eldəniz Səlimov apelyasiya şikayətini niyə GERİ GÖTÜRDÜ? – Vəkili AÇIQLADI 

Hazırda oxunan: Eldəniz Səlimov apelyasiya şikayətini niyə GERİ GÖTÜRDÜ? – Vəkili AÇIQLADI 

32077

Xəbər verildiyi kimi hazırda həbsdə olan deputat Eldəniz Səlimov öz xahişi ilə apellyasiya şikayətini geri götürüb.

Qeyd edək ki, əvvəlcə Eldəniz Səlimov apellyasiya şikayəti verib və barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Az keçmiş apelyasiya şikayətini geri çevirib.

Bizim.Media-ya bu barədə danışan vəkili İlqar Əliyev Eldəniz Səlimovun sonradan apelyasiya şikayətini geri götürməsi səbəbini belə açıqlayıb:

“Eldəniz Səlimov hesab edir ki, apelyasiya şikayəti verməyə ehtiyac yoxdur. Dövlət həbs qəti-imkan tədbirinin seçilməsini istəyirsə, belə də olmalıdır”.
 

MÖVZU İLƏ BAĞLI:

Eldəniz Səlimovun deputatlığına XİTAM VERİLDİ - SON DƏQİQƏ


Vəkil əlavə edib ki, sabah Eldəniz Səlimovun apelyasiya şikayətini geri götürməsi ilə bağlı Apelyasiya Məhkəməsi keçiriləcək.

“İstintaq davam edir. İlkin olaraq 3 ay 27 gün qəti-imkan tədbiri seçilib. Özü ilə görüşmüşəm. Səhhəti normaldır və heç bir narahatlığı yoxdur”.

Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimov polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edib. Bu barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Milli Məclisin 3 avqustda keçirilən növbədənkənar sessiyasının iclasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO