Əfsanəvi basketbolçunun krassovkası hərraca çıxarıldı - FOTO

Əfsanəvi basketbolçunun krassovkası hərraca çıxarıldı - FOTO

Hazırda oxunan: Əfsanəvi basketbolçunun krassovkası hərraca çıxarıldı - FOTO

32069

Mərhum basketbolçu Kobe Brayantın krassovkası hərraca qoyulub. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “tmz.com” saytında yer alıb.

Mənbə yazır ki, Kobe sözügedən krassovkanı ilk dəfə 3 noyabr 1996-cı ildə Amerika Milli Basketbol Assosiasiyasının (NBA) yarışında geyinib.

O, 44 ölçülü "Adidas" markasından olan krassovkanı matçın sonunda pərəstişkarlarından birinə hədiyyə edib. Ölümcül xəstəlikdən əziyyət çəkən  həmin şəxs bir neçə ildən sonra hotel çıxışında onu imzaladıb. Xəstəlikdən əziyyət çəksə də hələ də yaşayan şəxs hədiyəsini  illər sonra satışa çıxarıb. O, açıqlamasında hədiyyənin ona artıq emosional əziyyət verdiyini deyib. 

O, hazırda imzalı krassovkasını "Gotta Have Rock And Roll" onlayn auksion saytında yerləşdirib. Krassovkanın minimum ilkin qiyməti 100 min dollardır. 

Ehtimal olunur ki, bu qiymət 500 min dollara qədər yüksələ bilər. Tender çərşənbə günü başlayır.

Xatırladaq ki, əfsanəvi basketbolçu ötən il Los-Ancelesdə helikopter qəzasında qızı Cianna ilə birlikdə həlak olub. 5 dəfə çempion olan idmançı dünyanın ən yaxşı oyunçularından biri idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO