DEPUTAT: Azərbaycan Ermənistandan təzminat tələb edəcək!

DEPUTAT: Azərbaycan Ermənistandan təzminat tələb edəcək!

Hazırda oxunan: DEPUTAT: Azərbaycan Ermənistandan təzminat tələb edəcək!

3206

ATƏT PA-nın Paris Xartiyasının 30-cu ildönümünə həsr olunmuş onlayn iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Milli Məclisinin deputatı Ülviyyə Ağayeva bidirib ki, beynəlxalq ictimaiyyət ümumdünya norma və prinsiplərini bütün münaqişələrin həlli proseslərinə istisnasız olaraq tətbiq etməlidir.

Əks təqdirdə, təcavüzkarlara qarşı bu cəzasızlıq bölgəyə davamlı sülh və sabitlik gətirmək üçün göstərilən səylərlə tamamilə ziddiyyət təşkil edir.

Diqqəti Azərbaycanın Kəlbəcər rayonunda baş verən son hadisələrə yönəldən deputat deyib:

“Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 15-dək Azərbaycana təhvil verilməli idi. Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirilmiş insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi və bu müddət noyabrın 25-dək uzadıldı. Ancaq biz nəyin şahidi olduq? İndi ermənilər 27 il işğal altında olan rayonu tərk etməmişdən əvvəl evləri və meşələri yandırırlar”.

Millət vəkili bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan xalqı soyuq qış günündə körpə uşaqları qucaqlarında öz torpaqlarından qovuldular. Ermənilər torpaqlarımızı işğal edərkən, azərbaycanlılara öz yurdlarını tərk etmələri üçün cəmi 10 saat vaxt verilmişdi:

“Bu gün Kəlbəcərdə evləri, məktəbləri və meşələri yandırmaları, heyvanları öldürmələri, bütün infrastrukturu zədələmələri hər zaman məzlum millət kimi görünən ermənilərin barbar mahiyyətini bir daha nümayiş etdirir”.

“Şübhəsiz ki, Azərbaycan Yerevanın və tanınmamış “respublika”nın qüvvələrinin nəzarəti altında olduqları müddətdə Azərbaycan ərazilərinə vurduğu ziyana görə Ermənistandan təzminat tələb edəcək”.

Ü.Ağayeva bildirib ki, Azərbaycan münaqişənin ən qısa müddətdə sülh yolu ilə həllində ən maraqlı tərəf olduğunu dəfələrlə vurğulayıb. Ermənistandan fərqli olaraq, Azərbaycan özünümüdafiə hüququna uyğun hərəkət etməklə, digər potensial humanitar fəlakətin qarşısını almaqla yanaşı, mülki əhalisini də qorudu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO