Bill Qeyts yerini Zukerberqə verdi

Bill Qeyts yerini Zukerberqə verdi

Hazırda oxunan: Bill Qeyts yerini Zukerberqə verdi

31953

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts xanımı ilə rəsmi boşanmadan sonra dünyanın ən zəngin insanlarının siyahısında dördüncü yeri tərk edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Forbes” bildirib.

Nəşrin məlumatına görə, hazırda Qeytsin sərvəti 129,6 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Beləliklə, o siyahıdakı dördüncü yeri feysbukun qurucularından olan Mark Zukerberqə verib. Sonuncunun sərvəti 130,3 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Qeyd edək ki, hələ mayda Bill və Melinda Qeyts nikahı pozmaq qərarını elan ediblər. Onlar avqustun əvvəlində "nikahın pozulması haqqında müqaviləni" imzalamağa razılaşdıqlarını bildiriblər.

Qeytsin boşanma prosedurları tarixə ən "bahalı boşanma" kimi düşə bilər.

Qeyd edək ki, Bill və Melinda 27 illik ailə həyatına ikitərəfli razılıq əsasında son qoyublar. Cütlüyün üç övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO