Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayonun İnçə, Ləkçıplaq, Kürdəmiş və Bığır kəndləri ərazisində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində keçirilən toy məclislərində 50 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.
Karantin qaydalarını pozan toy sahibləri Qənimət Cavadova, Əlikram Həmidov, Firiddun Kərimov, Məhəmməd Məmmədov və Aydın Qədirov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə protokol tərtib olunaraq cərimələniblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:15 / 09.08.2021
50-dən çox qonaq dəvət edən toy sahibləri cərimələndi - FOTO
Hazırda oxunan: 50-dən çox qonaq dəvət edən toy sahibləri cərimələndi - FOTO
Hazırda oxunan: 50-dən çox qonaq dəvət edən toy sahibləri cərimələndi - FOTO
31898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.