Eldar Həsənov huşunu itirərək yıxıldı – Vəkildən ŞOK AÇIQLAMALAR

Eldar Həsənov huşunu itirərək yıxıldı – Vəkildən ŞOK AÇIQLAMALAR

Hazırda oxunan: Eldar Həsənov huşunu itirərək yıxıldı – Vəkildən ŞOK AÇIQLAMALAR

31825

Ötən gün səhər saatlarında keçmiş baş prokuror Eldar Həsənov növbəti dəfə huşunu itirərək yıxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Eldar Həsənovun vəkili Cavad Cavadov yerli mətbuata məlumat verib.

O bildirib ki, yıxılmağı səbəbindən E.Həsənovun bədənində təhlükəli olmayan zədələr yaranıb:

“Xoşbəxtlikdən başından hər hansı zədə almayıb. Tibbi yardım göstərilsə də, başgicəllənmələr 15-20 dəqiqə ərzində dayanmayıb və həkimlər bunun həyəcanverici siqnal olduğunu bildiriblər”.

Vəkilin sözlərinə görə, həmin gün saat 11:30-da Eldar Həsənov onunla və müstəntiqlə görüşə əlil arabasında gətirilib:

“Özünün bildirdiyinə görə, həkimlər ona bu vəziyyətdə artıq sərbəst (hətta çəliklə belə) hərəkət etməyi israrla qadağan ediblər”.

C.Cavadov hazırkı kritik durumu nəzərə alaraq, Baş prokuror Kamran Əliyevə Eldar Həsənovun müalicəsinin ixtisaslaşmış xəstəxanada və həbssiz davam etdirilməsi üçün yeni vəsatət ünvanladıqlarını bildirib.

“Çox ümid edirəm ki, heç olmasa bu müraciətə müsbət yanaşılacaq və mən “Eldar Həsənovu artıq itirdik” statusunu yazmalı olmayacam. Heç bir şişirtmə olmadan bildirirəm ki, hər şey ona doğru gedir”, - deyə vəkil qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO