Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu Türkiyənin Muğla vilayətinə çatıb.
Bizim.Media xəbər verir ki, yanğın-xilasetmə qrupuna 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir. Onlar bu gün yanğınsöndürmə əməliyyatlarına cəlb olunacaq.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın amfibiya təyyarəsi Türkiyəyə çatdı
Qeyd edək ki, hazırda FHN-nin 710 şəxsi heyət, 93 texnika, bir ədəd helikopter, bir amfibiya təyyarəsi Türkiyədəki yanğınlarda fəaliyyət göstərir.
Bizim.Media