Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvləri \

Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvləri \"Media şəhidləri\" parkını ziyarət ediblər - FOTOLAR

Hazırda oxunan: Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvləri \"Media şəhidləri\" parkını ziyarət ediblər - FOTOLAR

31640

Kəlbəcərin Susuzluq kəndi ərazisində minaya düşərək şəhid olan mətbuat işçiləri Məhərrəm İbrahimov və Sirac Ablşovun ailə üzvləri bu gün Qubada "Media şəhidləri" parkını ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, tədbirdə Quba İH başçısının 1-ci müavini Tariyel İbrahimov çıxış edərək bildirib ki, şəhidlərin xatirəsi hər bir azərbaycanlı üçün ucadır.

O, parkın qısa vaxt ərzində Quba sakinlərinin daimi ziyarət yerinə çevrildiyini də söyləyib. Daha sonra  şəhidlərin ailə üzvləri jurnalistlərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüblər.

Sonda şəhidlərin yaxınları göstərilən diqqətə görə Quba rayon İH rəhbərliyinə təşəkkür edərək dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqla danışıblar.

Aytəkin Alxaslı, Quba

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO