BP bu il Azərbaycandakı sosial layihələrə nə qədər pul xərcləyib?

BP bu il Azərbaycandakı sosial layihələrə nə qədər pul xərcləyib?

Hazırda oxunan: BP bu il Azərbaycandakı sosial layihələrə nə qədər pul xərcləyib?

31600

BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları cari ilin birinci yarısında Azərbaycandakı sosial investisiya layihələrinə 0,5 milyon dollar xərcləyib.

“BP Azerbaijan” şirkətindən Bizim.Media-ya verilən məlumata görə, Xəzər dənizindəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır.

Buna nail olmaq üçün BP mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir.

Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO