Bakı şəhəri, Maqsud Əlizadə küçəsi 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xidmətin rəsmisi Vaqif Cavadov bildirib.
O qeyd edib ki, sözügedən ünvanda yaşayış binasının tikintisi zamanı ağacların “Azenteroil” MMC tərəfindən məhv edildiyi məlum olub:
“Faktla bağlı MMC barəsində akt və protokol tərtib edilib, şirkətin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər Nərimanov Rayon Məhkəməsinə göndərilib”.
Xatırladaq ki, ötən gün Xidmət rəsmisi Maqsud Əlizadə küçəsi 17 ünvanında ağacların qanunsuz götürüldüyünü, torpaq mülkiyyətçisinin və təqsirkarların tapılması üçün araşdırmaların davam etdiyini bildirmişdi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:25 / 07.08.2021
Bakıda ağacları kəsən şirkət cəzalandırıldı
Hazırda oxunan: Bakıda ağacları kəsən şirkət cəzalandırıldı
Hazırda oxunan: Bakıda ağacları kəsən şirkət cəzalandırıldı
31558
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.