"İbrahimbəyov yaşının bu ahıl çağında nəyə görə belə bir addım atıb?"
Bu sözləri Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Rəbiyyət Aslanova Rüstəm İbrahimbəyovun prezidentliyə namizədlik iddiasına münasibət bildirərkən deyib.
Mövzu ilə bağlı Moderator.az-ın sualını cavablandıran tanınmış vəkil Aslan İsmayılov isə siyasi fəaliyyətdə yaşın önəmli faktor olmadığını vurğuladı:
“Əgər söhbət yaşdan gedirsə, Azərbaycanın baş naziri Artur Rəsizadə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rüstəm İbrahimbəyovdan da yaşlıdırlar”.
Xəyal Əzizov





























































































