FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşdü - FOTO

FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşdü - FOTO

Hazırda oxunan: FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşdü - FOTO

31515

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti - dördüncü qrupu Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyəyə yola düşüb.

Bizim.Media xəbər verir ki, uçuşdan əvvəl sıra düzülüşü olub.
 

MÖVZU İLƏ BAĞLI:

FHN Türkiyədə istilik elektrik stansiyalarını mühafizəyə götürdü - VİDEO


Sıra düzülüşündə yanğın-xilasetmə qüvvələrinə müvafiq təlimatlar verilib.

Nazirliyin Xüsusi riskli xilasetmə xidmətinin Alay komandiri polkovnik leytenant Məmməd Xəlili jurnalistlərə açıqlamasında bildirib ki, bugünkü yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir.

Onun sözlərinə görə, hər bir şəxsi heyət fərdi yanğınsöndürmə vasitələri ilə təmin olunub və sabahdan etibarən yanğınlarının söndürülməsinə başlanılacaq.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO