Dünya elektomobillərə keçir – Azərbaycanda prosesə nə zaman start veriləcək?

Dünya elektomobillərə keçir – Azərbaycanda prosesə nə zaman start veriləcək?

Hazırda oxunan: Dünya elektomobillərə keçir – Azərbaycanda prosesə nə zaman start veriləcək?

31337

Dünya ölkələri sürətlə elektrik mühərikli avtomabillərdən istifadəyə keçid edir. 2030-cu ilə qədər Avropa ölkələri və Rusiya avtomobillərini tam elektrikləşdirmək qərarına gəlib. Azərbaycanda isə bu cür ekoloji cəhətdən təmiz hesab olunan nəqliyyat vasitələrinə çox az rast gəlinir. 

Qeyd edək ki, müvafiq dövlət proqramlarında elektrik mühərrikli avtomabillərindən istifadənin stimullaşdırılması nəzərdə tutulur. Nazirlər Kabinetinin ötən ilki fəaliyyəti ilə bağlı hesabatında da bu cür avtomobillərin idxalının bütün gömrük rüsumlarından və vergilərdən azad olunması istiqamətində işlərin aparıldığı açıqlanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda neçə radio-televiziya stansiyası var? – Açıqlandı


Amma hələ ki, hansısa konkret qərar verilməyib. 

Yol nəqliyyatı üzrə ekspert Elməddin Muradlı Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda elektromabillərin təşviqatı arzuolunan səviyyədə deyil:

“Elektomabillərin ölkəyə gətirilməsinə marağın az olmasının səbəblərindən biri də gömrük rüsumları ilə bağlıdır. Qərara görə, ölkəyə gətirilən elektomabilin dəyərinin 15 faizi qədər rüsum ödənilməlidir – yəni əgər 100 minlik avtomabil alınıbsa, 15 minlik rüsum ödənilməlidir. Bu çox böyük rəqəmdir.  Qiymətin aşağı salınmasına ehtiyac var ki, elektromabillərə maraq artsın”.

Elməddin Muradlı bildirib ki, Azərbaycanda hazırda elektromabillərdən daha çox hibrit avtomabillərə maraq var: 

“Amma onların gətirilməsi ilə bağlı da heç bir güzəşt yoxdur. Hibrit avtomabillər yarı benzin, yarı elektriklə işləyir. Amma biz yanacaqdan imtina edə bilmirik. Elektromabillərə keçid üçün hibrit avtomabillərdən istifadə vacibir. Çünki cəmiyyətimiz birbaşa elektomabillərə keçidə risk etmir - infrastruktur yoxdur, qiymət yüksəkdir, elektrikdoldurma məntəqələri kifayyət qədər deyil, usta, texniki personal yoxdur. Hibrit avtomabilləri isə ənənəvi avtomabillərin tərkib hissəsi olduğundan onlara maraq böyükdür”.

Ekspert hesab edir ki, bu baxımdan Azərbaycanda ilk növbədə hibrit avtomabillər üçün güzəştlər tətbiq edilməlidir: 

“Sonrakı mərhələ isteklakçılarda maraq yaranacaq ki, tam elektrik mühərrikli avtomabillərə keçsinlər. O zamana qədər isə biz infrastrukturun qurulması üçün vaxt qazanacağıq. Bu gedişlə isə biz həmin proseslərə yalnız 20 ildən sonra start verəcəyik”.

Xatirə Nəsirli, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO