Ermənilər puaların sınaq uçuşlarında biabır oldular

Ermənilər puaların sınaq uçuşlarında biabır oldular

Hazırda oxunan: Ermənilər puaların sınaq uçuşlarında biabır oldular

3121

Ermənistanın hərbi sənayesi fiaskoya uğradı. Həm Qarabağ müharibəsi zamanı, həm də sınaq meydanlarında çıxılmaz durumlara düşdü. 

Bizim.Media-nın Ermənistanın “Hraparak” qəzetinə istinadən verdiyi məlumata görə, son illərdə Ermənistan havadakı çatışmazlıqları kompensasiya etmək üçün pilotzsuz hücum uçuş aparatlarının hazırlanmasına investisiya yatırmışdı.

Ayrılmış vəsait hücum dronlarının bir növ üzərində təkmilləşdirmə işləri aparılmasına xərclənmişdi.  

Amma sınaq uçuşları zamanı hər şey fiaskoya uğradı. Nazir Aşot Arşakyan yeni hazırlanan pilotsuz uçuş aparatlarını şəxsən sınaqdan keçirmək üçün Gorus şəhərinə gəlib.

Televiziya kanalları və jurnalistlərin önündə Ermənistan istehsalı olan hücum aparatlarının sınaqdan keçirilməsi nəzərdə tutulub.

Lakin nazir dronu havaya qaldırdıqdan bir neçə saniyə sonra aparat özünü yerə çırpıb məhv edib.  

Paşiniyan hökuməti ona görə hərbi sənaye nazırı ilə vidalaşmağı düşünür.

Aşot Arşakyan buna görə ağır günlərini yaşayır, indi ondan bu sahəyə qoyulan pulların hesabı sorulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO