Bakıda əri tərəfindən qətlə yetirilən qadının uşaqlarının aqibəti bilindi

Bakıda əri tərəfindən qətlə yetirilən qadının uşaqlarının aqibəti bilindi

Hazırda oxunan: Bakıda əri tərəfindən qətlə yetirilən qadının uşaqlarının aqibəti bilindi

31205

"3 avqust 2021-ci il tarixində Bakı şəhər Xəzər rayon sakini Sevinc Məhərrəmova həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirilib. Bu hadisə digər məişət zəminində baş vermiş cinayət hadisələri kimi ölkə ictimaiyyətini dərindən sarsıdıb. 3-4 avqust 2021-ci il tarixlərində Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, eyni zamanda Bakı şəhəri Xəzər və Pirallahı rayon icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların nümayəndələri tərəfindən hadisə baş vermiş ünvana və uşaqların hazırda olduğu ailəyə səfər edilmiş və onların psixo-emosional vəziyyətləri qiymətləndirilib".

Bizim.Media xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilir ki, hər iki uşağın psixoloji dəstək xidmətinə və Pirallahı rayonunda yerləşən "Bulaq” körpələr evi-uşaq bağçasına cəlb edilməsi nəzərdə tutulub.

Uşaqların vəziyyətinin yoxlanılması üçün mütəmadi olaraq Dövlət Komitəsi tərəfindən öz səlahiyyətləri çərçivəsində Pirallahı rayon İcra Hakimiyyəti ilə birlikdə monitorinqlər keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO