Ermənistan Müdafiə Naziri istefa verdi

Ermənistan Müdafiə Naziri istefa verdi

Hazırda oxunan: Ermənistan Müdafiə Naziri istefa verdi

3114

Ermənistan Müdafiə naziri David Tonoyan istefa verib.

Bizim.Media-nın  "Aravot" portalına istinadən verdiyi xəbərə görə, Tonoyanın Qarabağ döyüşlərindəki məğlubiyyət səbəbindən istefa verdiyi bildirilir.

Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi Qarabağdakı hərbi əməliyyatların nəticəsinə görə kəskin tənqid olunurdu.

Ermənistan Kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, hakimiyyət bu vəzifəyə Nikol Paşinyanın müşaviri, Müdafiə İdarəsinin rəisi Vaqarşak Arutyunyanı təyin etmək istəyir.

Qeyd edək ki, V.Arutyunyan1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO