“İndi Türkiyənin böyük bir hissəsinin alovlara büründüyü bir vaxtda demək olar ki, hər bir Azərbaycan vətəndaşı qardaş xalqla öz həmrəyliyini nümayiş etdirir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Qarabağ Dirçəliş Fondunun idarə heyətinin sədri Rəhman Hacıyev özünün Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, xilasedicilərimiz həyatlarını riskə ataraq türkiyəli yanğınsöndürənlərlə çiyin-çiyinə mübarizə aparır, alovları cilovlamağa çalışırlar:
“Meşələri qəsdən məhv edənləri, heyvanları məhv edənləri, su ehtiyatlarını çirkləndirənləri ... bir sözlə, hər birimizin olan ətraf mühitə ziyan vuranları başa düşmək mümkün deyil. Siyasi baxışlarımızdan asılı olmayaraq heç birimiz başqa bir planetdə yaşamırıq, deməli onlar siyasi rəqiblərinə bu şəkildə zərər verməyə çalışmaqla özlərinə də zərər verirlər”.
Rəhman Hacıyev hesab edir ki, bu gün Türkiyənin üzləşdiyi problem bizim üçün yeni deyil:
“Təxminən otuz ildir ki, erməni işğalçı qüvvələri Qarabağın flora və faunasını məhv edərək bu bölgənin biomüxtəlifliyinə və təbii sərvətlərinə böyük ziyan vurublar. Ərazilərin davamlı olaraq yandırılması, su ehtiyatlarının çirkləndirilməsi, qiymətli ağac növlərinin kəsilməsi, faydalı qazıntıların amansızcasına çıxarılması, su mənbələrinə və torpağa zəhərli maddələrin atılması, su terroru ...”.
O, xatırladır ki, bütün bunlar onilliklər ərzində Qarabağda baş verirdi, beynəlxalq ictimaiyyət isə bu biabırçılığa, qanunsuz əməllərə biganə yanaşır, yalnız bəzən mənasız bəyanatlar verməklə kifayətlənirdi:
“Zərərin miqyasını daha yaxşı başa düşmək üçün sizə bir neçə nümunə verəcəyəm.
Əvvəllər işğal olunmuş Qarabağ ərazisində meşə örtüyünün sahəsi 260 min hektar idi. Deməli, işğal illərində təxminən 54 min hektar meşə örtüyü ermənilər tərəfindən məhv edilib.
Ermənilərin özlərinin məlumatına görə, yalnız 2014-2018-ci illərdə Qarabağda bütün Ermənistana nisbətən 2,3 dəfə çox ağac kəsilib (404,800 kubmetr vs. 175,300 kubmetr). Eldar şamı, qoz, palıd, xurma və s. daxil olmaqla qiymətli ağac növlər ciddi zərər görüb. İndi hər birimizin Qarabağın ekologiyasının bərpası prosesini dəstəkləmək imkanı var. Bunun üçün Qarabağ Dirçəliş Fonduna ianə etmək kifayətdir. Fondumuz Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əməkdaşlıq edərək doğma Qarabağımızda pozulmuş ekoloji tarazlığın bərpasına fəal dəstək verəcək”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:47 / 02.08.2021
Rəhman Hacıyev: “Qarabağı DAHA YAŞIL bərpa edək” - FOTO
Hazırda oxunan: Rəhman Hacıyev: “Qarabağı DAHA YAŞIL bərpa edək” - FOTO
Hazırda oxunan: Rəhman Hacıyev: “Qarabağı DAHA YAŞIL bərpa edək” - FOTO
30870
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.